SPORTAZE » VOLEYBOL » Oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Polşaya yollanıb

Oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Polşaya yollanıb

20 yaşadək voleybolçu oğlanlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Polşanın Qojuv-Velkopolski şəhərinə yola düşüb.

Sportaze.az saytı Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, Səbuhi Əliyevin rəhbərlik etdiyi komandamız Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa kollektivləri ilə üz-üzə gələcək.

Yığmamız ilk matçını yanvarın 11-də Estoniya komandasına qarşı keçirəcək.

Qeyd edək ki, yanvarın 10-14-də baş tutacaq yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

U-20 millimizin heyətində Cəlilov Camal, Qəhrəmanlı Rəvan, Quliyev Camal, Qasımov Oqtay, Hüseynli Rəvan, İsmayılzadə Əziz, Qasımov Nihad, Bağırov Ramiz, Əhmədov Səid, Nəbiyev Natiq, Xəlilov Həsən, Hüseynli Kamil, Həsənov Riyad və Hacıyev Azay yer alıblar.


Bənzər xəbərlər

0 “Gəncə” klubu barbadoslu voleybolçu ilə güclənib

“Gəncə” klubu barbadoslu voleybolçu ilə güclənib

personAdmin 30-01-24, 10:05

“Gəncə” voleybol klubu barbadoslu oyunçu Tatyana Şonte Sil ilə güclənib. Sportaze.az xəbər verir ki, komanda...

0 Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyun proqramı müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX

personAdmin 15-01-24, 12:57

Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyun proqramı müəyyənləşib. Sportaze.az saytının...

0 Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI

personAdmin 29-01-24, 13:09

Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb. Sportaze.az xəbər verir ki, III...

menu
menu