Yığmamız Olimpiadaya hazırlığın birinci mərhələsini başa vurub
Qadınlardan ibarət 3x3 basketbol yığmamız Serbiyadakı hazırlıqların ilkin mərhələsini yekunlaşdırıb.
Sportaze.az xəbər verir ki, komandamızın təlim-məşq toplanışının birinci mərhələsi Novi Sad şəhərində baş tutub.
Hazırlıq prosesində Dina Ulyanova, Tatyana Deniskina, Alexi Mollenhauer və Mersedes Ualker iştirak ediblər.
Bakıya qayıdan kollektiv 23-24 mart tarixlərində Fransanın Tuluza şəhərində keçiriləcək hazırlıq turnirində iştirak edəcək.
Basketbolçularımız martın 26-da Serbiyada toplanışın ikinci hissəsinə start verəcək.
Qeyd edək ki, təlim-məşqlər “Paris-2024” Olimpiya oyunlarına vəsiqə verən təsnifat mərhələsinə hazırlıq xarakteri daşıyır.
Olimpiadaya lisenziya yarışları 12-14 aprel tarixlərində keçiriləcək.
Bənzər xəbərlər
Sumqayıt səfərində "NTD-İNDİQO"dan çətin qələbə
personAdmin 12-01-24, 19:45Yanvarın 12-də Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 10 -cu turunun növbəti oyunu...
Azərbaycan millisi "Fənərbağça"nın
personAdmin 04-01-24, 16:2113 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin "Fənərbağça" klubunun akademiyasında...
Yığmamız Olimpiadaya hazırlığın birinci mərhələsini başa
personAdmin 18-03-24, 10:43Qadınlardan ibarət 3x3 basketbol yığmamız Serbiyadakı hazırlıqların ilkin mərhələsini yekunlaşdırıb. Sportaze.az xəbər...




