SPORTAZE » VOLEYBOL » Qadın voleybolçular arasında Azərbaycan çempionatında II dövrənin son turunun təqvimi müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II dövrənin son turunun təqvimi müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında II dövrənin son turunun təqvimi müəyyənləşib.

Sportaze.az xəbər verir ki, Yüksək Liqada X turun matçları yanvarın 23-də və 25-də baş tutacaq.

İlk olaraq ayın 23-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov Az Terminal” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu görüş saat 17:00-da start götürəcək. UNEC klubunun idman zalında saat 18:00-da başlayacaq qarşılaşmada isə “Milli Aviasiya Akademiyası” ilə UNEC münasibətləri aydınlaşdıracaqlar.

Tura yanvarın 25-də “Abşeron” - “Azərreyl” oyunu ilə yekun vurulacaq. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq matçın start fiti saat 18:00-da səslənəcək.


Bənzər xəbərlər

0 "Gəncə" klubunun məşqçilərinə sertifikatlar təqdim olunub

"Gəncə" klubunun məşqçilərinə sertifikatlar

personAdmin 30-03-24, 12:09

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən Gəncədə təşkil olunan “Aşağı yaş qrupu məşqçilərinin inkişafı”...

0 Qadın voleybolçuların Yüksək Liqasında ilin ilk oyunlarının proqramı açıqlanıb

Qadın voleybolçuların Yüksək Liqasında ilin ilk oyunlarının

personAdmin 07-01-24, 12:27

Yanvarın 9-da qadın voleybolçuların Yüksək Liqasında ikinci dövrənin VIII turuna iki oyunla start veriləcək....

0 Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat alıb

Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat

personAdmin 27-02-24, 11:14

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə...

menu
menu