SPORTAZE » FUTBOL » Bu gün AFFA-ya yeni prezident seçiləcək

Bu gün AFFA-ya yeni prezident seçiləcək

Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı baş tutacaq.

Sportaze.az xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək tədbirdə milli assosiasiyaya yeni prezident seçiləcək.

Bundan əlavə, qurumun İcraiyyə Komitəsi üçün də seçki təşkil ediləcək.

Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov və İcraiyyə Komitəsinin keçmiş üzvləri iştirak edirlər.

AFFA prezidentliyinə yeganə namizəd "Neftçi"nin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir.

İcraiyyə Komitəsinə namizədlər isə aşağıdakılardır:

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən

2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən

4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən

5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

Qeyd edək ki, 2008-ci ildən AFFA-ya rəhbərlik edən Rövnəq Abdullayev namizədliyini irəli sürməyib.


Bənzər xəbərlər

0 “Səbail”in futbolçusu Keniya millisinə çağırılıb

“Səbail”in futbolçusu Keniya millisinə çağırılıb

personAdmin 16-03-24, 13:00

“Səbail”in futbolçusu Ayub Masika Keniya millisinə çağırılıb. Sportaze.az xəbər verir ki, bu barədə Bakı klubunun...

0 "Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşib

"Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşib

personAdmin 17-11-24, 00:36

Futbol üzrə İkinci Liqa təmsilçisi "Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşib. Komanda Vüqar Nadirov...

0 “Qarabağ” klubu dəqiq zərbə sayında 900 klub arasında 39-cu yerdədir

“Qarabağ” klubu dəqiq zərbə sayında 900 klub arasında 39-cu

personAdmin 13-03-24, 15:45

2023/2024 mövsümündə ölkə çempionatlarında "çərçivə"yə ən çox zərbə vuran klubların adları açıqlanıb....

menu
menu