SPORTAZE » FUTBOL » Qurban Qurbanov baş məşqçi kimi yubiley çempionluğunu qazanıb

Qurban Qurbanov baş məşqçi kimi yubiley çempionluğunu qazanıb

Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib.

Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bütün bu titulları “Qarabağ”ın “sükanı arxası”nda qazanan 52 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.

O, bu çempionluqları son 11 ildə qazanıb. 10-cu zəfər Premyer Liqanın XXVIII turunun “Kəpəz”lə səfər oyununda (6:1) əldə olunub.

Q.Qurbanov bunadək 2013/2014-cü, 2014/2015-ci, 2015/2016-cı, 2016/2017-ci, 2017/2018-ci, 2018/2019-cu, 2019/2020-ci, 2021/2022-ci, 2022/2023-cü illər mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.

İkinci sıradakı Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993-cü, 1999/2000-ci, 2000/2001-ci, 2004/2005-ci, 2006/2007-ci. Kazbek Tuayev (1993/1994, 1995/1996, 1996/1997, 2003/2004) dörd, Mehman Allahverdiyev (1994/1995, 1997/1998, 1998/1999) və Böyükağa Hacıyev (2005/2006, 2011/2012, 2012/2013) hərəyə üç dəfə çempionluq sevinci yaşayıb.

Belə uğuru olan 11 məşqçidən altısı yalnız bir dəfə qızıl medala yiyələnib. Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/2008-ci, Qyoko Hacıyevski 2008/2009-cu, Kaxaber Sxadadze 2009/2010-cu, Arif Əsədov 2010/2011-ci və Samir Abasov 2020/2021-ci illər mövsümündə buna nail olub.


Bənzər xəbərlər

0 Avropa Liqası: "Qarabağ" son dəqiqədə buraxdığı qolla mübarizəni dayandırıb

Avropa Liqası: "Qarabağ" son dəqiqədə buraxdığı

personAdmin 15-03-24, 01:59

"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb. Sportaze.az xəbər verir ki,...

0 "Araz-Naxçıvan" klubu üç futzalçı ilə vidalaşıb

"Araz-Naxçıvan" klubu üç futzalçı ilə vidalaşıb

personAdmin 07-01-24, 10:52

"Araz-Naxçıvan" komandası üç futzalçı ilə yollarını ayırıb. Sportaze.az xəbər verir ki, bunu komandanın baş...

0 Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda cavab matçına çıxacaq

Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda cavab

personAdmin 30-07-24, 10:39

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək. Sportaze.az xəbər verir ki, Qurban...

menu
menu