SPORTAZE » FUTBOL » Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə alınıb.

Sportaze.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, komandalar 1/8 final mərhələsinin 8 oyununda 36 qol vurmaqla buna nail olublar.

Bu məhsuldarlıq mərhələnin 8 matçı üçün turnir tarixində ikinci göstəricidir. 1/8 finalın iki matçdan ibarət olduğu illərdə ilk oyunlar və cavab görüşlərinin məhsuldarlığı ayrı hesablanır. Yalnız bir dəfə 1/8 finalın 8 qarşılaşmasında daha çox qol olub. 2003/2004 mövsümünün ilk oyunlarında 37 qol vurulub. Sonrakı 20 mövsümün mütləq rekordu isə cari turnirə təsadüf edib.

Mövsümün ümumi məhsuldarlığı da yüksək olması ilə seçilir. Təsnifat mərhələləri və 1/8 finaldan sonra ümumilikdə 94 qol qeydə alınıb. Bu, son 15 mövsüm üçün mütləq rekorddur. Axırıncı dəfə 2008/2009 mövsümündə daha çox qol vurulub. Həmin vaxt futbolçular 95 dəfə fərqləniblər.

Bənzər xəbərlər

0 "Şamaxı" klubu növbəti transferini reallaşdırıb

"Şamaxı" klubu növbəti transferini reallaşdırıb

personAdmin 19-01-24, 15:28

Mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Şamaxı" klubu növbəti transferini reallaşdırıb. Bölgə...

0 Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda cavab matçına çıxacaq

Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda cavab

personAdmin 30-07-24, 10:39

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək. Sportaze.az xəbər verir ki, Qurban...

0 “Zirə”nin ukraynalı hücumçusu "Transfermarkt" portalını yalan məlumat yaymaqda ittiham edib

“Zirə”nin ukraynalı hücumçusu "Transfermarkt"

personAdmin 07-01-24, 11:20

“Zirə” futbol klubunun ukraynalı hücumçusu Vladislav Kulaç məşhur "Transfermarkt" portalını yalan məlumat...

menu
menu