“Səbail” klubu “Portu”nun yetirməsini transfer edib
“Səbail” komandası 2024-cü ilin ilk transferini reallaşdırıb.
Klubdan Sportaze.az saytına verilən məlumata görə, 25 yaşlı cinah yarımmüdafiəçisi Madi Keta ilə 1,5 illik müqavilə imzalanıb.
“Portu”nun yetirməsi olan oyunçu karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” komandalarının formasını geyinib. Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 yığmalarının şərəfini qorumuş M.Keta hazırda Qvineya-Bisau millisinin üzvüdür.
Qeyd edək ki, futbolçu son olaraq, Portuqaliyanın II divizion təmsilçisi “Mafra”da çıxış edib.
Bənzər xəbərlər
"Qarabağ"ın Almaniyaya səfər proqramı müəyyənləşib
personAdmin 11-03-24, 13:19UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ün qonağı olacaq "Qarabağ"ın...
“Qarabağ” klubu dəqiq zərbə sayında 900 klub arasında 39-cu
personAdmin 13-03-24, 15:452023/2024 mövsümündə ölkə çempionatlarında "çərçivə"yə ən çox zərbə vuran klubların adları açıqlanıb....
“Neftçi”nin iki futbolçusu “Turan Tovuz”a keçib
personAdmin 19-01-24, 20:28“Neftçi”nin iki futbolçusu “Turan Tovuz”a keçib. Tovuz klubundan Sportaze.az saytına verilən məlumata görə, İsmayıl...





