"Qarabağ"ın oyunçusu Avropa Liqasında həftənin rəmzi komandasına düşüb
"Qarabağ"ın oyunçusu Yassin Benziya UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra açıqlanan rəmzi komandaya düşüb.
Sportaze.az xəbər verir ki, həftənin rəmzi komandası "Sofa Score" tərəfindən hazırlanıb.
8 balla qiymətləndirilən Benzia "Bayer 04"ə qarşı matçda 1 qolla yadda qalıb. "Qarabağ"ın üzvü "Roma"dan Stefan El-Şaaravi, "Benfika"dan Anxel Di Mariya, "Liverpul"dan Aleksis Makallisterlə birlikdə mövqeyinin ən yaxşılarından olub.
Qapıçı: Noa Atubolu ("Frayburq")
Müdafiəçilər: Obit Evan Ndika ("Roma"), Şansel Mbemba-Manqulu ("Marsel"), Canluka Mançini ("Roma")
Yarımmüdafiəçilər: Yassin Benzia ("Qarabağ"), Stefan El-Şaaravi ("Roma"), Aleksis Makallister ("Liverpul"), Anxel Di Mariya ("Benfika")
Hücumçu: Pyer-Emerik Obameyanq ("Marsel"), Canluka Skamakka ("Atalanta"), Darvin Nunyes ("Liverpul")
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
Bənzər xəbərlər
“Zirə”nin futbolçusu Azərbaycan çempionatlarında 100 oyun
personAdmin 04-03-24, 11:47“Zirə”nin müdafiəçisi Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100 oyun keçirən ilk yunanıstanlı futbolçu olub....
“Neftçi” qış təlim-məşq toplanışına start verib
personAdmin 04-01-24, 20:56“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib. Sportaze.az-ın...
“Sumqayıt” klubunun ev oyunlarını 51516 azarkeş izləyib
personAdmin 29-05-24, 13:31“Sumqayıt” klubunun Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə keçirdiyi ev oyunlarını ümumilikdə 51516 azarkeş...





