SPORTAZE » DİGƏR » Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstana yollanıb. Yığma məşqçilər Ceyhun Abıyev və Ravşan Xocayevin rəhbərliyi altında Almatıda təlim-məşq toplanışı keçəcək.

Sportaze.az xəbər verir ki, hazırlıqda əsasən qeyri-olimpiya çəki dərəcələri üzrə 15 boksçu iştirak edəcək. Məşqçilər korpusu Qazaxıstanda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə (51 kq), Amin Məmmədzadə, Ruslan Qədirov (hər ikisi 54 kq), Əzrək Bəbirov, Məhəmmədəli Aşurəliyev (hər ikisi 57 kq), Maqsud Xasmetov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Nəbi İsgəndərov, Cavid Çələbiyev, İlqar Salahov (hər üçü 67 kq), Mirşərif Kazımzadə (71 kq), Kamran Şahsuvarlı (75 kq) və Seyid Seyidovu (86 kq) yoxlayacaq.

Yerli boksçularla hazırlıqda sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, bu gün start götürəcək toplanış fevralın 9-dək davam edəcək.


Bənzər xəbərlər

0 AMADA rəsmiləri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblərlər

AMADA rəsmiləri Antidopinq Konvensiyasının Monitorinq

personAdmin 07-03-24, 15:37

Fransanın Strasburq şəhərində Antidopinq Konvensiyasının Monitorinq Qrupunun (T-DO) 58-ci iclası keçirilib....

0 Azərbaycan boksçuları lisenziya turnirlərinə hazırlıq üçün ABŞ-yə yollanıblar

Azərbaycan boksçuları lisenziya turnirlərinə hazırlıq üçün

personAdmin 13-01-24, 13:48

Kişi boksçulardan ibarət Azərbaycan millisi ABŞ-yə yollanıb. Azərbaycan Boks Federasiyadan Sportaze.az saytına verilən...

0 Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Dünya Kuboku üçün heyəti məlum olub

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Dünya Kuboku

personAdmin 27-03-24, 14:14

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb. Azərbaycan Ağırlıqqaldırma...

menu
menu