Pakyao Meyvezerlə üz-üzə gələcək - 10 il sonra
Altı çəki dərəcəsində dünya çempionu, əfsanəvi filippinli Menni Pakyao ilk döyüşündən 10 il sonra amerikalı Floyd Meyvezer ilə ikinci dəfə üz-üzə gələcəyini açıqlayıb.
Sportaze.az xəbər verir ki, o, bunu Yeni il ərəfəsində Yaponiyanın "Saitama Super Arenası"nda təşkil olunan "Rizin 45" turniri zamanı deyib.
Rizin şirkətinin baş direktoru Nobuyuki Sakakibara tərəfindən rinqə dəvət edilən əfsanəvi boksçu Floyd Meyvezerlə döyüşmək istəyini dilə gətirib: "Çox təəssüf edirəm ki, cənab Sakakibaranın izah etdiyi kimi, keçən il döyüşü keçirməyə vaxtımız olmadı. Bu il Yaponiyada Floyd Meyvezerlə böyük döyüş olacaq! Düşündüm ki, bunu elan etməyimi istəməzdiz. Amma buna çox şadam".
Qeyd edək ki, 45 yaşlı Menni Pakyao peşəkar rinqdə 72 döyüş keçirib. O, bunların 62-də qələbə qazanıb, 8 məğlubiyyət və 2 heç-heçə ilə yadda qalıb. 46 yaşlı Floyd Meyvezer isə 50 peşəkar döyüşünün hər birində qalib gəlib. O, 27 halda nakautla yadda qalıb.
Bənzər xəbərlər
“Trabzonspor”-“Fənərbaxça” matçındakı qarşıdurma ilə bağlı
personAdmin 17-03-24, 23:05“Trabzonspor” - “Fənərbaxça” futbol matçından sonra meydana daxil olan azarkeşlərin kimliyinin müəyyən olunması və...
Parisdə içərisində Olimpiya təhlükəsizlik planları olan
personAdmin 28-02-24, 10:24Meriya əməkdaşı Paris Olimpiadası üçün təhlükəsizlik planları olan kompüteri və “USB fleş” disklərini itirib....
“Real Madrid” Arda Güləri başqa komandaya göndərir
personAdmin 23-01-24, 14:29İspaniyanın “Real Madrid” klubu futbolçusu Arda Güləri icarəyə verməyə hazırlaşır. Sportaze.az İspaniya mətbuatına...





