Rusiya millisi DÇ-2030-un seçmə mərhələsində iştirak edə bilər
Futbol üzrə Rusiya millisi 2030-cu ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak edə bilər.
Sportaze.az RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Dmitri Çernışenko deyib.
O, Rusiya Futbol İttifaqının bu məsələ ilə bağlı strategiya hazırladığını bildirib.
Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiya yığması Ukrayna ilə müharibə səbəbindən FIFA və UEFA-nın bayrağı altında təşkil olunan turnirlərdən kənarlaşdırılıb. DÇ-2030-un İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçirilməsi planlaşdırılır.
Bənzər xəbərlər
"Fənərbağça” yeni transferini açıqlayıb
personAdmin 29-01-24, 17:54Türkiyənin “Fənərbağça” klubu İspaniyanın “Atletiko” (Madrid) komandasından icarəyə götürdüyü Çağlar Söyüncünün...
Yaponiyada futbol oynayan 18 məktəblini ildırım vurub
personAdmin 06-04-24, 10:24Yaponiyada futbol üzrə təlim-məşq toplanışı zamanı məktəbliləri ildırım vurub. Sportaze.az xarici mediaya istinadla...
Parisdə içərisində Olimpiya təhlükəsizlik planları olan
personAdmin 28-02-24, 10:24Meriya əməkdaşı Paris Olimpiadası üçün təhlükəsizlik planları olan kompüteri və “USB fleş” disklərini itirib....





