Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək
Bu gün Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Sportaze.az xəbər verir ki, planetin ən böyük yarışının açılış mərasimi ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutacaq.
Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdiriləcək.
Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzəcək.
Açılış mərasimi yerli vaxtıla saat 19:30-da, Bakı vaxtı ilə 21:30-da başlayacaq.
Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Bənzər xəbərlər
Pakyao Meyvezerlə üz-üzə gələcək - 10 il sonra
personAdmin 04-01-24, 16:50Altı çəki dərəcəsində dünya çempionu, əfsanəvi filippinli Menni Pakyao ilk döyüşündən 10 il sonra amerikalı Floyd...
İspaniya kuboku matçı yarımçıq dayandırılıb
personAdmin 08-01-24, 01:31İspaniya kuboku yarışlarının 1/16 final mərhələsi çərçivəsində keçirilən "Unionistas de Salamanca" -...
“Trabzonspor”-“Fənərbaxça” matçındakı qarşıdurma ilə bağlı
personAdmin 17-03-24, 23:05“Trabzonspor” - “Fənərbaxça” futbol matçından sonra meydana daxil olan azarkeşlərin kimliyinin müəyyən olunması və...





