SPORTAZE » BASKETBOL » Azərbaycan Kuboku: "Neftçi" və "Xəzri" klubları yarımfinala yüksəliblər

Azərbaycan Kuboku: "Neftçi" və "Xəzri" klubları yarımfinala yüksəliblər

"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.

Sportaze.az xəbər verir ki, günün ilk görüşündə "Neftçi" 82:71 hesabı ilə "Cəlilabad"ı məğlub edib.

Bu qələbə ilə "Neftçi" qrupdan çıxmağı təmin edib. Ən məhsuldar basketbolçular "Neftçi"dən Ceyms Haforn (17 xal, 7 ribaund), "Cəlilabad"dan Rişon Conson (18 xal, 6 ribaund) olublar.

Günün ikinci oyununda qrupun lideri "Xəzri" "Xırdalan"a 75:64 hesabı ilə qalib gələrək kubokun yarımfinalına vəsiqəni təmin edib. Ən məhsuldar basketbolçular "Xırdalan"dan Cakori Arçi (21 xal, 8 ribaund), "Xəzri"dən Ceremi Maklaflin (22 xal, 17 ribaund) olublar.

Qeyd edək ki, A qrupunu lider tamamlamaq uğrunda oyun,"Xəzri" və "Neftçi" klubları arasında baş tutacaq.


Bənzər xəbərlər

0 “Gəncə”nin basketbolçusu Kenyon Dulinq üçün mövsüm erkən başa çatıb

“Gəncə”nin basketbolçusu Kenyon Dulinq üçün mövsüm erkən

personAdmin 25-01-24, 13:46

“Gəncə”nin basketbolçusu Kenyon Dulinq üçün mövsüm erkən başa çatıb. Klubdan Sportaze.az saytına verilən məlumata...

0 "Xırdalan" komandası basketbolçusu İsmayıl Məmmədovla yollarını ayırıb

"Xırdalan" komandası basketbolçusu İsmayıl

personAdmin 10-01-24, 13:38

"Xırdalan" komandası basketbolçusu İsmayıl Məmmədovla yollarını ayırıb. Sportaze.az xəbər verir ki, komanda...

0 Rimas Kurtinaytis “Sabah” basketbol klubunun baş məşqçisi təyin olunub

Rimas Kurtinaytis “Sabah” basketbol klubunun baş məşqçisi

personAdmin 30-01-24, 18:13

Azərbaycan millisinin sabiq baş məşqçisi Rimas Kurtinaytis “Sabah” basketbol klubunun baş məşqçisi təyin olunub....

menu
menu