SPORTAZE » FUTBOL » Ertuğrul Sağlam Azərbaycan yığmasından təklif aldığını açıqlayıb

Ertuğrul Sağlam Azərbaycan yığmasından təklif aldığını açıqlayıb

Türk mütəxəssis Ertuğrul Sağlam Azərbaycan yığmasından təklif aldığını açıqlayıb.

Sportaze.az xəbər verir ki, 54 yaşlı məşqçi bu barədə "X" hesabında paylaşım edib.

Hazırda "Kocaelispor"un baş məşqçisi olan Sağlam 2 həftə əvvəl Azərbaycan millisindən təklif aldığını, lakin qəbul etmədiyini bildirib: "Hazırda "Kocaelispor"da qarşımıza qoyduğumuz hədəflərə doğru irəliləyirik. İki həftə əvvəl Azərbaycan milli komandası ilə də eyni proses yaşanmışdı. Diqqət, nəzakət və gözəl mesajlar üçün təşəkkür edirəm".

Qeyd edək ki, Ertuğrul Sağlam 2023-cü ildən "Kocaelispor"a başçılıq edir. Komanda Türkiyə 1-ci Liqasında 2-ci pillədə qərarlaşıb. Sağlam 2009/2010 mövsümündə "Bursaspor"a Türkiyə çempionu titulunu qazandırıb.


Bənzər xəbərlər

0 "Şamaxı" klubu portuqaliyalı qapıçı transfer edib

"Şamaxı" klubu portuqaliyalı qapıçı transfer edib

personAdmin 25-06-24, 14:13

“Şamaxı” klubu portuqaliyalı qapıçı Rikardo Fernandesi transfer edib. Sportaze.az xəbər verir ki, bu barədə klubun...

0 “Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib

“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib

personAdmin 31-01-24, 16:52

“Qəbələ”nin əsas komandasında daha bir təyinat gerçəkləşib. Klubdan Sportaze.az saytına verilən məlumata görə, Çağlar...

0 Azərbaycan millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan millisi seçmə mərhələdə mübarizəyə başlayır

personAdmin 05-04-24, 10:16

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq....

menu
menu