SPORTAZE » DİGƏR » Bu gün Azərbaycanın daha dörd təmsilçisi Yay Olimpiya Oyunlarında mübarizə aparacaq

Bu gün Azərbaycanın daha dörd təmsilçisi Yay Olimpiya Oyunlarında mübarizə aparacaq

Bu gün Azərbaycanın daha dörd təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

Sportaze.az xəbər verir ki, ilk olaraq taekvondoçu Qaşım Maqomedov dayanq üzərinə çıxacaq.

58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolleyin müqavimətini qırmağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 11:46-da start götürəcək.

Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) yarışa qoşulacaq. Görüşlər saat 13:00-da başlayacaq. Onlar 1/8 final mərhələsində müvafiq olaraq Mohamed Eısayed (Misir) və David Losonçi (Macarıstan) ilə üz-üzə gələcək.

Ölkəmizi yunan-Roma güləşində təmsil edən digər idmançımız Sənan Süleymanov isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində yer alan Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Süleymanovun bürünc medal uğrundakı qarşılaşması Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.


Bənzər xəbərlər

0 Paris-2024: Hidayət Heydərov Fransa idmançısına qalib gələrək olimpiya çempionu olub

Paris-2024: Hidayət Heydərov Fransa idmançısına qalib

personAdmin 29-07-24, 20:50

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub....

0 Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri LEN-in tədbirinə qatılıblar

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri LEN-in

personAdmin 29-01-24, 10:33

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri Avropa Üzgüçülük Federasiyasının tədbirinə qatılıblar. Sportaze.az...

0 Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya

personAdmin 24-04-24, 12:35

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya...

menu
menu