Yaponiyada futbol oynayan 18 məktəblini ildırım vurub
Yaponiyada futbol üzrə təlim-məşq toplanışı zamanı məktəbliləri ildırım vurub.
Sportaze.az xarici mediaya istinadla xəbər verir ki, bədbəxt hadisə aprelin 3-də Miyadzaki şəhərində universitetin ərazisində yerləşən futbol meydançasında baş verib. İki məktəbin şagirdləri şimşək çaxanda futbol oynayırdılar. Hadisə nəticəsində 18 şagird xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onlardan ikisi ürək tutması keçirib və reanimasiyaya yerləşdirilib, vəziyyətləri ağır olaraq qalır.
Qeyd olunur ki, ildırım Tayvan yaxınlığında 7,5 bal gücündə güclü zəlzələ baş verəndən bir neçə saat sonra gənc futbolçuları vurub.
Bənzər xəbərlər
Joze Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib
personAdmin 19-01-24, 13:52Joze Mourinyo Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib. Sportaze.az xəbər verir ki, bu barədə yerli “Asharq...
İspaniya kuboku matçı yarımçıq dayandırılıb
personAdmin 08-01-24, 01:31İspaniya kuboku yarışlarının 1/16 final mərhələsi çərçivəsində keçirilən "Unionistas de Salamanca" -...
"Fənərbağça" "Qalatasaray" ilə
personAdmin 04-04-24, 11:41Türkiyənin "Fənərbağça" klubu "Qalatasaray"a qarşı keçirəcəkləri ölkə Superkuboku matçına U-19...





