"Fənərbağça" "Qalatasaray" ilə Superkubok matçına U-19 komandasını çıxaracaq
Türkiyənin "Fənərbağça" klubu "Qalatasaray"a qarşı keçirəcəkləri ölkə Superkuboku matçına U-19 komandası ilə çıxacaq.
Sportaze.az saytının məlumatına görə, bu barədə "Fənərbağça"nın vitse-prezidenti Erol Bilecik bildirib.
Klub rəsmisi Türkiyə Futbol Federasiyasına məktub yolladıqlarını söyləyib: "Qarşılaşma uyğun tarixə təxirə salınmasa və oyuna xarici hakim təyin edilməsə, meydana U-19 komandası ilə çıxacağıq".
O, qarşıdakı iki mövsümdə Türkiyə Kubokunda mübarizə aparmayacaqlarını da sözlərinə əlavə edib.
Qeyd edək ki, aprelin 27-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Bənzər xəbərlər
"Zirə"nin Konfrans Liqasındakı rəqibi yeni
personAdmin 13-08-24, 15:59"Zirə"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın "Osiyek"...
Pakyao Meyvezerlə üz-üzə gələcək - 10 il sonra
personAdmin 04-01-24, 16:50Altı çəki dərəcəsində dünya çempionu, əfsanəvi filippinli Menni Pakyao ilk döyüşündən 10 il sonra amerikalı Floyd...
Paris-2024: Yusuf Dikecin performansı bütün sosial şəbəkə
personAdmin 01-08-24, 16:33Əlli bir yaşlı türkiyəli atıcı Yusuf Dikec “Paris-2024” Yay Olimpiya Oyunlarında 10 metrdən pnevmatik tapançadan...





