“Real Madrid” Arda Güləri başqa komandaya göndərir
İspaniyanın “Real Madrid” klubu futbolçusu Arda Güləri icarəyə verməyə hazırlaşır.
Sportaze.az İspaniya mətbuatına xəbər verir ki, “kral klubu” bu mövsüm az oyun praktikası qazanan 18 yaşlı yarımmüdafiəçini yayadək başqa komandaya göndərməyi planlaşdırır.
Türk oyunçu bu mövsüm Madrid təmsilçisinin heyətində cəmi iki matçda meydana çıxıb. Bunlardan biri ölkə kuboku, digəri isə İspaniya Superkuboku uğrunda qarşılaşma olub.
Qeyd edək ki, Arda Gülər ötən ilin yayında “Fənərbağça”dan 20 milyon avro qarşılığında “Real Madrid”ə transfer olub.
Bənzər xəbərlər
Paris-2024: Stadnikin mübarizə apardığı çəkidə finala
personAdmin 07-08-24, 11:35Hindistanlı qadın güləşçi Vineş Phoqat (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında...
Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin bütün
personAdmin 31-01-24, 10:13Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli olub. Sportaze.az xəbər verir...
Pakyao Meyvezerlə üz-üzə gələcək - 10 il sonra
personAdmin 04-01-24, 16:50Altı çəki dərəcəsində dünya çempionu, əfsanəvi filippinli Menni Pakyao ilk döyüşündən 10 il sonra amerikalı Floyd...





