İspaniya kuboku matçı yarımçıq dayandırılıb
İspaniya kuboku yarışlarının 1/16 final mərhələsi çərçivəsində keçirilən "Unionistas de Salamanca" - "Vilyarrel" (1:1) matçı yarımçıq dayandırılıb.
Sportaze.az xəbər verir ki, "Reina Sofia" stadionunda keçirilən oyun zamanı işıqlandırma sistemində texniki nasazlıq yaşanıb.
Qarşılaşma 82-ci dəqiqəyə kimi 0:0 olsa da, "Vilyarrel"in futbolçusu İlyas Ahomaş qonaqları hesabda önə çıxarıb. Amma 87-ci dəqiqədə İspaniya üçüncü divizion təmsilçisinin futbolçusu Alfred Planas hesabı bərabərləşdirib.
Oyunun əsas vaxtı heç-heçə ilə başa çatdıqdan sonra əlavə vaxt oynanılmalı idi. Lakin stadionun işıqlandırılmasında problem yaranıb, bu səbəbdən hakimlər komandaları meydandan çıxarıb, matçın əlavə vaxtını ləğv etmək qərarına gəliblər. Əlavə vaxtın oynanma vaxtı hələ açıqlanmayıb.
Hazırda "Atletiko Madrid", "Xetafe", "Jirona", "Rayo Valyekano", "Real Madrid", "Malyorka", "Selta", "Sevilya" və "Osasuna" turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıblar.
Bənzər xəbərlər
Ötən il ən çox qol vuran müdafiəçilərin adları açıqlanıb
personAdmin 04-01-24, 14:28Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə ən çox qol vuran müdafiəçilərin...
"Zirə"nin Konfrans Liqasındakı rəqibi yeni
personAdmin 13-08-24, 15:59"Zirə"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın "Osiyek"...
Nadalsız və Federersiz “Australian Open 2024” turniri
personAdmin 08-01-24, 00:50İspaniyalı tennisçi Rafael Nadal və isveçrəli Rocer Federer “Australian Open 2024” turnirində iştirak etməyəcəklər....





