DataLife Engine / İspaniya kuboku matçı yarımçıq dayandırılıb

İspaniya kuboku matçı yarımçıq dayandırılıb

İspaniya kuboku yarışlarının 1/16 final mərhələsi çərçivəsində keçirilən  "Unionistas de Salamanca" - "Vilyarrel" (1:1) matçı yarımçıq dayandırılıb.

Sportaze.az xəbər verir ki, "Reina Sofia" stadionunda keçirilən oyun zamanı işıqlandırma sistemində texniki nasazlıq yaşanıb. 

Qarşılaşma 82-ci dəqiqəyə kimi 0:0 olsa da, "Vilyarrel"in futbolçusu İlyas Ahomaş qonaqları hesabda önə çıxarıb. Amma 87-ci dəqiqədə İspaniya üçüncü divizion təmsilçisinin futbolçusu Alfred Planas hesabı bərabərləşdirib.

Oyunun əsas vaxtı heç-heçə ilə başa çatdıqdan sonra əlavə vaxt oynanılmalı idi. Lakin stadionun işıqlandırılmasında problem yaranıb, bu səbəbdən hakimlər komandaları meydandan çıxarıb, matçın əlavə vaxtını ləğv etmək qərarına gəliblər. Əlavə vaxtın oynanma vaxtı hələ açıqlanmayıb.

Hazırda "Atletiko Madrid", "Xetafe", "Jirona", "Rayo Valyekano", "Real Madrid", "Malyorka", "Selta", "Sevilya" və "Osasuna" turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıblar.


8-01-2024, 01:31
Вернуться назад