“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub
İngiltərə komandası “Mançester Siti” klublararası dünya çempionatının qalibi olub.
Sportaze.az xəbər verir ki, Premyer Liqa təmsilçisi finalda Braziliya klubu “Fluminense”ni məğlub edib.
“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıb. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.
Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl Əhli”si isə turnirdə üçüncü yeri tutub.
Bənzər xəbərlər
Paris-2024: Stadnikin mübarizə apardığı çəkidə finala
personAdmin 07-08-24, 11:35Hindistanlı qadın güləşçi Vineş Phoqat (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında...
Paris-2024: Yusuf Dikecin performansı bütün sosial şəbəkə
personAdmin 01-08-24, 16:33Əlli bir yaşlı türkiyəli atıcı Yusuf Dikec “Paris-2024” Yay Olimpiya Oyunlarında 10 metrdən pnevmatik tapançadan...
"Roma" Joze Mourinyo ilə yollarını ayırıb
personAdmin 16-01-24, 12:58İtaliyanın "Roma" klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb. Sportaze.az xəbər verir ki, bu...





