“Zirə”nin qapıçısı mövsümün ilk hissəsinin rekordçusu olub
Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün ilk yarısında yalnız dörd qapıçı 5 və ya daha çox görüşdə qapısını toxunulmaz saxlayıb.
Sportaze.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, 18 turun rekordçusu Tiaqo Silvadır. “Zirə”nin qolkiperi 9 matçda qol buraxmayıb. Bütün oyunların iştirakçısı olan portuqaliyalı 50 faizlik göstəriciyə imza atıb.
Mehdi Cənnətov ikinci pillədə qərarlaşıb. “Sumqayıt”ın qapıçısı 6 quru oyun keçirməyə nail olub.
Digər iki qolkiperin hesabında 5 belə qarşılaşma var. “Turan Tovuz”un qapıçısı Aydın Bayramov və “Araz-Naxçıvan”ın legioneri Kristian Avram üçüncü sıranı bölüşürlər.
Bənzər xəbərlər
“Neftçi” yoxlama oyununda məğlub olub
personAdmin 06-01-24, 22:20Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Neftçi" klubu ilk yoxlama oyununa çıxıb. Sportaze...
“Neftçi”nin Albaniya klubu ilə oyunu baş tutmayacaq
personAdmin 07-01-24, 13:00Mövsümün ikinci yarısında Türkiyənin Antalya şəhərinə hazırlaşan “Neftçi”nin Albaniyanın “Partizani” klubu ilə...
Azərbaycan millisinin məşqçisi: "Belə oyunlarda erkən
personAdmin 22-03-24, 23:28“Belə matçlarda erkən qol vurmaq lazımdır ki, oyun rahat davam etsin". Sportaze.az xəbər verir ki, bunu...





