“Neftçi”nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub
“Neftçi”nin qadınlardan ibarət komandasına yeni baş məşqçi təyin olunub.
Bakı klubundan Sportaze.az saytına verilən məlumata görə, hazırda qadınlardan ibarət Azərbaycan millisini də çalışdıran Siyasət Əsgərovla mövsümün sonuna qədər müqavilə bağlanıb.
Siyasət Əsgərov məşqçilik fəaliyyətinə 2007-ci ildə MOİK-in əvəzedici heyətində köməkçi məşqçi kimi başlayıb. 2008-2009-cu illərdə MOİK-də baş məşqçi, 2009-2010-cu illərdə MOİK-in əvəzedici heyətində baş məşqçi, 2010-2012-ci illərdə 17 yaşadək qızlardan ibarət milli komandada məşqçi kimi çalışıb. 2013-cü ildən etibarən 19 yaşadək qızlardan ibarət yığmada məşqçi, 17 yaşadək qızlardan ibarət millidə baş məşqçi, 15 yaşadək qızlardan ibarət milli komandada isə məşqçi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Siyasət Əsgərov “Neftçi” ilə yanaşı, qadınlardan ibarət Azərbaycan milli komandasında da baş məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Bənzər xəbərlər
"Zirə" ukraynalı futbolçusu ilə vidalaşıb
personAdmin 04-06-24, 11:42“Zirə” klubu ukraynalı futbolçusu Vladislav Kulaçla yollarını ayırıb. Sportaze.az xəbər verir ki, bu barədə paytaxt...
Avropa Liqası: "Qarabağ"ın üç futbolçusu
personAdmin 23-05-24, 10:41"Qarabağ" klubunun üç futbolçusu UEFA Avropa Liqasında 2023/2024 mövsümünün yekun statistik göstəricilərinə...
Zədə Mahir Emrelinin başqa kluba keçidinə mane olub
personAdmin 07-01-24, 19:20Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış transfer pəncərəsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunu tərk...





