SPORTAZE » FUTBOL » “Qəbələ” klubunun baş məşqçisi rekorda imza atıb

“Qəbələ” klubunun baş məşqçisi rekorda imza atıb

Kaxaber Tsxadadze Azərbaycan çempionatları tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legioner baş məşqçi kimi düşüb.

Sportaze.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, 2008-ci ildə “Standard”ı, 2009-2015-ci illərdə “İnter”i (indiki “Şamaxı”) çalışdırmış gürcüstanlı mütəxəssis “Qəbələ”də debüt edib.

Onun debütü “Qarabağ”la XXIII turdan təxirə salınmış matça təsadüf edib. K.Tsxadadzenin yetirmələri 0:4 hesabı ilə uduzublar.

O, 3204 gündən sonra Premyer Liqaya qayıtmaqla bu rekorda imza atıb. K.Tsxadadzenin “İnter”dəki sonuncu matçı 2015-ci il mayın 22-də “Qarabağ”a qarşı olub – 2:1.

Qeyd edək ki, 4 legioner baş məşqçi Premyer Liqada iki fərqli kluba rəhbərlik edib. Bunlar Cüneyt Biçər (“Bakı”, “Xəzər Lənkəran”), Rasim Kara (“Xəzər Lənkəran”, “Bakı”), Qyoko Hacıyevski (“Bakı”, “Simurq”) və Kemal Alispahiçdir (“Muğan”, “Rəvan”).


Bənzər xəbərlər

0 “Zirə” klubu sabiq futbolçusunu transfer edib

“Zirə” klubu sabiq futbolçusunu transfer edib

personAdmin 01-03-24, 16:55

“Zirə” komandası heyətini yeni futbolçu ilə gücləndirib. Klubdan Sportaze.az saytına verilən məlumata görə, paytaxt...

0 Azərbaycan – İngiltərə oyununun keçiriləcəyi stadion məlum olub

Azərbaycan – İngiltərə oyununun keçiriləcəyi stadion məlum

personAdmin 23-01-24, 13:36

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının...

0 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində

personAdmin 11-03-24, 17:56

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib. Sportaze.az xəbər verir ki, 52 yaşlı mütəxəssis...

menu
menu