“Paris-2024”də iştirak etmiş Azərbaycan nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət edib
Fransanın paytaxtı Paris şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə heyətinin üzvləri, o cümlədən Olimpiya çempionları və mükafatçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata görə, həmçinin Şəhidlər Xiyabanı da ziyarət olunub.
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
Bənzər xəbərlər
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
personAdmin 15-05-24, 11:28Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçirilib. Sportaze.az saytının məlumatına görə, kişilərin...
Xankəndi-Bakı ultra marafonuna start verilib
personAdmin 29-02-24, 11:07İlk dəfə keçirilən Xankəndi–Bakı ultra marafonuna start verilib. Sportaze.az xəbər verir ki, yarışdan öncə açılış...
Paris-2024: Altıncı günün gündəliyi
personAdmin 01-08-24, 09:26Paris-2024 Yay Olimpiya Oyunları davam edir. Sportaze.az xəbər verir ki, bu gün daha 18 dəst medal sahibini tapacaq....





