Ramin Nəsirli karyerasını yenidən Latviyada davam etdirə bilər
Azərbaycanlı futbolçu Ramin Nəsirli karyerasını yenidən Latviyada davam etdirə bilər.
Sportaze.az xəbər verir ki, bu barədə İdmanxeber.az saytına futbolçunun meneceri Erkin İbrahimov məlumat verib. O bildirib ki, sözügedən ölkənin “Dauqavplis” klubu yenidən oyunçunun xidmətində maraqlıdır:
“Latviya klubundan futbolçuya maraq var. Ancaq hələlik gözləyirik. Daha yaxşı variantlar axtarıram. Raminlə yanaşı, U-21 millimizin digər futbolçularının da legioner həyatı yaşamaq şansları var. Hələlik işlərimiz davam edir, ancaq real heç nə yoxdur”.
Xatırladaq ki, 21 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında “Dauqavplis” klubunda keçirib. Müqavilə ilə “Neftçi”yə məxsus olan futbolçu “ağ-qaralar”dan ayrılıb.
Bənzər xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Bayer
personAdmin 07-03-24, 10:31"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq. Sportaze.az saytının məlumatına görə, Qurban...
“Sabah” klubu Antalyada Rumıniya komandası ilə qarşılaşacaq
personAdmin 07-01-24, 11:05Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” futbol klubunun hazırlıq çərçivəsində keçirəcəyi...
"Araz Naxçıvan" "Neftçi"nin yetirməsini
personAdmin 29-05-24, 14:24Yeni mövsüm öncəsi heyətini gücləndirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Sportaze.az klubun mətbuat...





