SPORTAZE » FUTBOL » “Qarabağ” bu gün 11-ci çempionluğunu rəsmiləşdirə bilər

“Qarabağ” bu gün 11-ci çempionluğunu rəsmiləşdirə bilər

Azərbaycan Premyer Liqasında 4-cü – sonuncu dövrəyə start veriləcək.

Sportaze.az saytının məlumatına görə, bu gün XXVIII turun ilk iki oyunu keçiriləcək.

Premyer Liqanın lideri “Qarabağ” sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün Ağdam klubuna “Kəpəz”lə görüşdə məğlub olmamaq kifayət edəcək. Qurban Qurbanovun kollektivi Gəncə təmsilçisi önünə Tofiq Bəhramov adına Respublika stadionunda səfər komandası qismində çıxacaq.

Günün digər matçında “Neftçi” autsayder “Qəbələ”nin qonağı olacaq. Sonuncu pillədə qərarlaşan bölgə təmsilçisi elitada qalmaq şansını davam etdirmək üçün güclü rəqibinə qalib gəlməyə çalışacaq. “Ağ-qaralar” isə ikinci yerə iddiasını davam etdirmək əzmindədir.

Qeyd edək ki, turun digər oyunları martın 30-31-də keçiriləcək.


Bənzər xəbərlər

0 "Zirə" ukraynalı futbolçusu ilə vidalaşıb

"Zirə" ukraynalı futbolçusu ilə vidalaşıb

personAdmin 04-06-24, 11:42

“Zirə” klubu ukraynalı futbolçusu Vladislav Kulaçla yollarını ayırıb. Sportaze.az xəbər verir ki, bu barədə paytaxt...

0 “Qarabağ” bu gün 11-ci çempionluğunu rəsmiləşdirə bilər

“Qarabağ” bu gün 11-ci çempionluğunu rəsmiləşdirə bilər

personAdmin 29-03-24, 11:56

Azərbaycan Premyer Liqasında 4-cü – sonuncu dövrəyə start veriləcək. Sportaze.az saytının məlumatına görə, bu gün...

0 Bu gün AFFA-ya yeni prezident seçiləcək

Bu gün AFFA-ya yeni prezident seçiləcək

personAdmin 02-04-24, 09:19

Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı baş tutacaq. Sportaze.az xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott...

menu
menu