2023/2024-cü il mövsümünün ilk yarısında ən çox qol vurulmuş qarşılaşmalar bəlli olub
2023/2024-cü il mövsümünün ilk yarısında Azərbaycan çempionatlarında və ölkə kubokunda ən çox qol vurulmuş qarşılaşmalar bəlli olub.
Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ən məhsuldar oyunlarında 10 qol qeydə alınıb.
Azərbaycan Kubokunun “İrəvan” – “Araz-Naxçıvan” və II Liqanın “Göygöl” – “Şəmkir” matçlarının hər ikisi 8:2 hesabı ilə bitib. Kubokda qonaqlar, aşağı liqada meydan sahibləri qalib gəliblər.
İki dəfə 9 qol vurulub. Bu qarşılaşmalar Əvəzedicilər Liqası və II Liqada baş tutub. 10 oyun isə 8 qolla yekunlaşıb. Ümumilikdə 14 dəfə ən azı 8 top vurulub.
Azərbaycan Premyer Liqasının ən məhsuldar matçında “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə üstələyib.
2023/2024-cü il mövsümünün ən azı 8 qol vurulan oyunlarının 1-i Premyer Liqa, 1-i Azərbaycan Kuboku, 1-i I Liqa, 3-ü Əvəzedicilər Liqası, 8-i II Liqaya təsadüf edib.
Bənzər xəbərlər
Azərbaycan – İngiltərə oyununun keçiriləcəyi stadion məlum
personAdmin 23-01-24, 13:3621 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının...
"Qarabağ"ın futbolçusu Rusiyada çempionluq
personAdmin 01-04-24, 13:49"Qarabağ"ın futbolçusu Maksim Medvedev Rusiya Premyer Liqasında çempionluq uğrunda mübarizə apara...
"Şamaxı" klubu növbəti transferini reallaşdırıb
personAdmin 19-01-24, 15:28Mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Şamaxı" klubu növbəti transferini reallaşdırıb. Bölgə...





