SPORTAZE » FUTBOL » “FIFA series–Edition 2024”: Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib

“FIFA series–Edition 2024”: Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib

Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb.

Sportaze.az xəbər verir ki, yığma “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu eyni arenada Bolqarıstana qarşı keçirəcək.


Bənzər xəbərlər

0 "Turan Tovuz" hücumçusu ilə müqavilənin müddətini uzadıb

"Turan Tovuz" hücumçusu ilə müqavilənin müddətini

personAdmin 07-06-24, 11:07

"Turan Tovuz" klubu futbolçusu Oto Con ilə müqavilənin müddətini uzadıb. Sportaze.az bölgə təmsilçisinin...

0 “Qarabağ”ın rəqibi Portuqaliya Kubokunda mübarizəni dayandırıb

“Qarabağ”ın rəqibi Portuqaliya Kubokunda mübarizəni

personAdmin 11-01-24, 10:28

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya Kubokunda mübarizəni dayandırıb....

0 “Araz-Naxçıvan”ın ilk transferi

“Araz-Naxçıvan”ın ilk transferi

personAdmin 09-01-24, 17:26

“Araz-Naxçıvan” futsal klubu cari ildə ilk transferini rəsmiləşdirib. Sportaze.az Azərbaycan Futzal Federasiyasına...

menu
menu