SPORTAZE » FUTBOL » Portuqaliyalı müdafiəçi Azərbaycandan təklif alıb

Portuqaliyalı müdafiəçi Azərbaycandan təklif alıb

Portuqaliyalı futbolçu Pedro Miqel Ruas Maçado Azərbaycandan təklif alıb.

Sportaze.az xəbər verir ki, bu barədə 27 yaşlı mərkəz müdafiəçisi ölkəsinin mətbuatına açıqlamasında bildirib.

Maçado konkret hansı klubun onunla əlaqə saxladığını deməyib. Ancaq o, Azərbaycanla yanaşı, başqa ölkələrdən təkliflərinin olduğunu da vurğulayıb: “Portuqaliyada qalmağım istisna deyil. Ancaq gücümü göstərmək üçün ölkə xaricində çıxış etmək istəyirəm. Öz keyfiyyətimə bələdəm, istənilən komandaya xeyir verəcəyimə inanıram”.

Qeyd edək ki, Pedro Maçado 2023-cü ilin yayından klubsuzdur. Müdafiəçi son olaraq ötən mövsüm Portuqaliyanın “Setubal” komandasında oynayıb.


Bənzər xəbərlər

0 "Səbail" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Səbail" futbolçusu ilə müqavilənin müddətini

personAdmin 04-06-24, 15:31

"Səbail" klubu üzvü Yusif Nəbiyevlə müqavilənin müddətini uzadıb. Sportaze.az xəbər verir ki, 26 yaşlı...

0 Azərbaycan millisinin futbolçusu Türkiyənin “Manisa” komandasına keçib

Azərbaycan millisinin futbolçusu Türkiyənin “Manisa”

personAdmin 12-01-24, 15:49

Azərbaycan millisinin futbolçusu Sərtan Taşkın Türkiyənin “Manisa” komandasına keçib. Sportaze.az klubun rəsmi saytına...

0 "Zirə" ukraynalı futbolçusu ilə vidalaşıb

"Zirə" ukraynalı futbolçusu ilə vidalaşıb

personAdmin 04-06-24, 11:42

“Zirə” klubu ukraynalı futbolçusu Vladislav Kulaçla yollarını ayırıb. Sportaze.az xəbər verir ki, bu barədə paytaxt...

menu
menu