Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir
Azərbaycan Türkiyə Superkubokuna ev sahibliyi etmək istəyir.
Sportaze.az xəbər verir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin bəzi məhdudiyyətlər səbəbindən təxirə salınan qarşılaşma üçün Azərbaycan tərəfi Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib.
Həm TFF, həm də Superkubokun iştirakçıları olan “Qalatasaray” və “Fənərbağça” klubları yaxın günlərdə təklifə cavab verəcəklər. Hazırda qarşılaşmanın Samsun və ya Ankarada keçirilmə ehtimalı daha yüksək qiymətləndirilir.
Qeyd edək ki, 2023-cü il dekabrın 29-da keçirilməli olan Türkiyə Superkuboku Səudiyyə Ərəbistanının bir neçə tələb irəli sürməsi səbəbindən təxirə salınmışdı.
Bənzər xəbərlər
"Şamaxı"nın daha bir rəqibi müəyyənləşib
personAdmin 08-01-24, 06:59“Şamaxı” futbol klubu qış təlim-məşq toplanışı zamanı daha bir yoxlama oyununda gücünü sınayacaq. Sportaze.az xəbər...
"Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşib
personAdmin 17-11-24, 00:36Futbol üzrə İkinci Liqa təmsilçisi "Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşib. Komanda Vüqar Nadirov...
"Neftçi" klubu Azərbaycan Kubokunda antirekorda
personAdmin 04-04-24, 12:22"Neftçi" Azərbaycan Kubokunda antirekorda imza atıb. Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi saytına...





