“Zaqreb Open”: Azərbaycanın yunan-Roma güləşçisi qızıl medal qazanıb
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb.
Sportaze.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 6 üzvü mübarizəyə qoşulub.
Ülvü Qənizadə (72 kiloqram) həlledici görüşdə macarıstanlı Levente Levaya (7:0) qalib gələrək qızıl medalın sahibi olub.
Nihat Məmmədli (60 kiloqram), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kiloqram), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kiloqram) isə məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər.
Bununla da Azərbaycan güləşçiləri ilin ilk reytinq turnirinə 2 qızıl və 5 bürünc medalla yekun vurublar.
Bənzər xəbərlər
Avropa çempionatı: Azərbaycan gimnastları komanda hesabında
personAdmin 22-05-24, 22:01Macarıstanın Budapeşt şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında milli komandamızın gənc fərdi...
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa
personAdmin 13-05-24, 18:47Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan samboçuları 7...
Azərbaycan minifutbol millisinin Avropa çempionatında
personAdmin 28-03-24, 13:47Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında...





