Azərbaycan boksçuları lisenziya turnirlərinə hazırlıq üçün ABŞ-yə yollanıblar
Kişi boksçulardan ibarət Azərbaycan millisi ABŞ-yə yollanıb.
Azərbaycan Boks Federasiyadan Sportaze.az saytına verilən məlumata görə, Olimpiya çəki dərəcələri üzrə yığmamızın üzvləri lisenziya turnirlərinə və “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığı Koloradoda davam etdirəcək.
Təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərli altında 9 boksçu iştirak.
Mütəxəssislər Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov, Şamil Əsgərov (hər ikisi 57 kq), Tayfur Əliyev, Malik Həsənov (hər ikisi 63,5 kq), Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevi (+92 kq) yoxlayacaqlar.
Toplanış çərçivəsində yerli boksçularla birgə məşqlər və sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır. Hazırlıq fevralın 1-dək davam edəcək.
Qeyd edək ki, daha əvvəl Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziyanı Avropa Oyunlarında qazanıb.
Bənzər xəbərlər
Azərbaycan millsi sumo üzrə beynəlxsalq turnirdə ikinci olub
personAdmin 15-01-24, 15:12Macarıstanın Erd şəhərində keçirilən sumo üzrə beynəlxalq turnirdə böyüklər arasında Sadiq Ağamaliyev mütləq çəkidə...
Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyevə UFC ulduzu ilə
personAdmin 01-02-24, 15:57Azərbaycanlı təmsilçisi Rafael Fiziyevə UFC ulduzu Dastin Porye ilə döyüşmək təklif olunub. Sportaze.az xəbər verir...
Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana
personAdmin 31-01-24, 14:10Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstana yollanıb. Yığma məşqçilər Ceyhun Abıyev və Ravşan...





