SPORTAZE » DİGƏR » Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Karate Federasiyasının (AKF) İdarə Heyətinin iclası keçirilib.

Sportaze.az AKF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiya prezidenti Ülvi Quliyevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyindəki əsas məsələlərdən biri məşqçi-müəllimlər üçün imtahan və seminarların təşkili, eləcə də onlara lisenziyaların verilməsi olub.

Bildirilib ki, təkcə dekabrda 3 seminar təşkil olunub və bu tədbirlərdə ümumilikdə 92 məşqçi-müəllim iştirak edib. İclasda həmçinin AKF-nin regionlar üzrə nümayəndəliklərinin yaradılması və yerlərdə müvafiq şəxslərin nümayəndə qismində təyinatı müzakirə olunub. Bununla bağlı namizədlərin siyahısı yaxın günlərdə AKF rəhbərliyinə təqdim ediləcək.

Toplantıda AKF-də fəxri prezidentlik institutunun yaradılması da müzakirə olunub və bu istiqamətdə müvafiq qərarlar qəbul edilib. İclasın sonunda tamamlanma mərhələsində olan qurumun rəsmi saytı ilə bağlı federasiya rəhbərliyinə hesabat verilib. Saytın yaxın günlərdə tam olaraq istifadəyə verilməsi qərara alınıb.


Bənzər xəbərlər

0 Azərbaycan taekvondo milliləri olimpiya lisenziya turnirlərinə Cənubi Koreyada hazırlaşırlar

Azərbaycan taekvondo milliləri olimpiya lisenziya

personAdmin 15-01-24, 14:27

Kişi və qadın takevondoçulardan ibarət Azərbaycan milliləri Cənubi Koreyada təlim-məşq toplanışına start veriblər....

0 Gimnastlarımız Niderlandda qızıl medala sahib olublar

Gimnastlarımız Niderlandda qızıl medala sahib olublar

personAdmin 17-03-24, 18:49

Azərbaycan batutçuları Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open 2024" beynəlxalq turnirində...

0 Azərbaycan millsi sumo üzrə beynəlxsalq turnirdə ikinci olub

Azərbaycan millsi sumo üzrə beynəlxsalq turnirdə ikinci olub

personAdmin 15-01-24, 15:12

Macarıstanın Erd şəhərində keçirilən sumo üzrə beynəlxalq turnirdə böyüklər arasında Sadiq Ağamaliyev mütləq çəkidə...

menu
menu