Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb
Azərbaycan idmançısı Diana Dımçenko İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirində gümüş medal qazanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından Sportaze.az saytına bildiriblər ki, o, bir nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci pillədə tamamlayaraq finala vəsiqə qazanıb.
Burada avarkəçəni qızıl medaldan cəmi bir neçə saniyə ayırıb. Serbiyalı Arsik Yovanadan (08:01:16 - 08:05:47) dörd saniyə geri qalan yığma üzvü turnirin gümüş mükafatına sahib çıxıb.
Qeyd edək ki, Diana Dımçenko ötən il də “Paolo De Aloya” turnirində fəxri kürsüyə qalxıb. O, bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
Bənzər xəbərlər
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
personAdmin 12-05-24, 12:57Atletika üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Açıq Mərkəzi Asiya çempionatının...
“Paris-2024”də iştirak etmiş Azərbaycan nümayəndə heyəti
personAdmin 14-08-24, 10:51Fransanın paytaxtı Paris şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idman nümayəndə...
Fiqurlu konkisürənimiz Vladimir Litvintsev Avropa
personAdmin 15-01-24, 11:30Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə yarışlarda təmsil edən idmançımız Vladimir Litvintsev Litvanın Kaunas...





