SPORTAZE » DİGƏR » Azərbaycan gimnastları Yaponiyadakı Dünya Kubokuna qatılacaqlar

Azərbaycan gimnastları Yaponiyadakı Dünya Kubokuna qatılacaqlar

Yaponiyanın Yokohama şəhərində keçiriləcək aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub.

Sportaze.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma yarışda üç növdə mübarizə aparacaq.

Dilarə Qurbanova (fərdi), Mədinə Mustafayeva və Vladimir Dolmatov (qarışıq cütlük), Dilarə Qurbanova, Vladimir Dolmatov və Mədinə Mustafayeva (üçlük) turnirdə çıxış edəcəklər.

Onlar məşqçi Mariyan Kolevin rəhbərliyi altında bacarıqlarını göstərməyə çalışacaqlar. Lalə Hüseynova isə yarışa hakim kimi təyinat alıb.

Qeyd edək ki, Dünya Kuboku mayın 25-26-da baş tutacaq.


Bənzər xəbərlər

0 Türkiyədəki beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Türkiyədəki beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan

personAdmin 06-03-24, 18:14

Martın 7-də Türkiyənin Antalya şəhərində start götürəcək “Yaşar Doğu və Vehbi Əmrə” turnirində iştirak edəcək...

0 AMADA-nın illik hesabatı: 1100 antidopinq testi, 7 qayda pozuntusu

AMADA-nın illik hesabatı: 1100 antidopinq testi, 7 qayda

personAdmin 28-12-23, 12:15

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 2023-cü ilin hesabatını açıqlayıb. Sportaze.az AMADA-nın mətbuat...

0 Azərbaycanın iki qadın boksçusu Bakıda keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın iki qadın boksçusu Bakıda keçirilən beynəlxalq

personAdmin 27-03-24, 16:58

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində final döyüşləri keçirilib. Azərbaycan...

menu
menu