SPORTAZE » DİGƏR » Sərbəst güləşçilər Avropa çempionatı və lisenziya turnirinə Göygöldə hazırlaşırlar

Sərbəst güləşçilər Avropa çempionatı və lisenziya turnirinə Göygöldə hazırlaşırlar

Sərbəst güləş üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Güləş Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, Göygöl Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesinə 46 idmançı cəlb edilib.

Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında keçirilən məşqlərdə fiziki hazırlığın yüksəldilməsinə daha çox diqqət yetirilir. Təlim-məşq toplanışında gənclərdən ibarət millinin üzvləri də iştirak edirlər.

Yığma yanvarın 20-dək həmin məkanda hazırlıq prosesi keçəcək.

Qeyd edək ki, toplanış gələn ay Buxarestdə keçiriləcək Avropa çempionatına və apreldə Bakıda təşkil ediləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.


Bənzər xəbərlər

0 Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini

personAdmin 02-02-24, 11:58

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb, rəhbər heyət seçilib. Sportaze.az saytının...

0 Bakıdakı Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb

Bakıdakı Olimpiya Təsnifat turnirində iştirak edəcək

personAdmin 03-04-24, 15:08

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində Azərbaycanı 14...

0 “Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb

“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal

personAdmin 29-03-24, 17:49

“Qarabağ” futzal klubu Estoniya çempionatında bürünc medal qazanıb. Sportaze.az xəbər verir ki, Viymsi qəsəbəsini...

menu
menu