SPORTAZE » DİGƏR » Azərbaycan ilə Çexiyanın antidopinq qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə Çexiyanın antidopinq qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakıda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Çexiya Antidopinq Komitəsinin rəhbərliyi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

AMADA-dan Sportaze.az saytına verilən məlumata görə, tərəflər qadağan edilmiş vasitələrin və üsulların istifadəsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsinin aparılması məqsədilə anlaşma memorandumunun imzalanması imkanlarını müzakirə ediblər.

Hər iki tərəf antidopinq proqramlarının təkmilləşdirilməsinə yönəlmiş innovativ layihələr üzərində birgə fəaliyyətdə maraqlı olduğunu bildirib.

Görüşdə idmançılara və idmançı köməkçi heyətinə dərman vasitələrinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan edilmiş siyahısında olub-olmadığını yoxlamağa imkan verəcək mobil proqramın hazırlanmasına xüsusi diqqət yetirilib.

Bu proqram təmiz idmanın təmin edilməsində və idmançıları qadağan edilmiş maddələrin qəsdən istifadəsindən qorumaqda mühüm vasitə olacaq.

Çexiya Antidopinq Komitəsinin rəhbəri Martin Çizjek AMADA ilə əməkdaşlıq etmək imkanından məmnun olduqlarını bildirib.

AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev öz növbəsində bu tərəfdaşlıqda böyük potensial gördüklərini vurğulayıb: "Mobil tətbiqin hazırlanması kimi innovativ yanaşmalar bizə antidopinq standartlarını yeni səviyyəyə qaldırmağa imkan verəcək”.


Bənzər xəbərlər

0 Azərbaycan və Gürcüstan Qolf federasiyaları əməkdaşlığa başlayıb

Azərbaycan və Gürcüstan Qolf federasiyaları əməkdaşlığa

personAdmin 06-04-24, 11:22

Azərbaycan və Gürcüstan Qolf Federasiyaları arasında əməkdaşlığın və irəliləyişin təşviqinə yönəlmiş anlaşma...

0 Güləşçimiz Mariya Stadnik Paris-2024-ü medalsız başa vurub

Güləşçimiz Mariya Stadnik Paris-2024-ü medalsız başa vurub

personAdmin 06-08-24, 21:37

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız...

0 Azərbaycan güləşçiləri “Zaqreb Open” turnirinin ilk gününü 3 medalla başa vurublar

Azərbaycan güləşçiləri “Zaqreb Open” turnirinin ilk gününü

personAdmin 11-01-24, 08:05

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirində kişilərdən ibarət Azərbaycan millisinin daha bir üzvü bürünc...

menu
menu