SPORTAZE » VOLEYBOL » Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyun proqramı müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyun proqramı müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyun proqramı müəyyənləşib.

Sportaze.az saytının məlumatına görə, görüşlər yanvarın 16-da Bakı və Gəncə şəhərlərində baş tutacaq.

Ev oyunlarını Gəncə Olimpiya İdman Kompleksində keçirən “Gəncə”nin budəfəki qonağı “Abşeron” olacaq. Matç saat 15:00-da başlayacaq.

Bakıda UNEC öz meydanında “Murov Az Terminal”ı, “Azərreyl” isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Hər iki görüşə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, hazırda “Azərreyl” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Abşeron” 18 xalla ikinci, “Murov Az Terminal” 17 xalla üçüncü pillədə qərarlaşıb. Hesabında 12 xal olan “Gəncə” dördüncüdür. Beşinci sıradakı “Milli Aviasiya Akademiyası”nın 6 xalı var. Sonuncu yerdə qərarlaşan UNEC-in isə xalı yoxdur.

 


Bənzər xəbərlər

0 Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat alıb

Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat

personAdmin 27-02-24, 11:14

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə...

0 Azərbaycanın voleybol millisi Belçikaya yollanıb

Azərbaycanın voleybol millisi Belçikaya yollanıb

personAdmin 23-05-24, 13:03

Qızıl Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün II turun qarşılaşmaları üçün...

0 Yüksək Liqa: "Gəncə"dən sürpriz qələbə

Yüksək Liqa: "Gəncə"dən sürpriz qələbə

personAdmin 29-02-24, 14:10

Qadın voleybolçuların Yüksək Liqasında XV tura yekun vurulub. Sportaze.az xəbər verir ki, bağlanış oyununda...

menu
menu