SPORTAZE » VOLEYBOL » Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı açıqlanıb

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı açıqlanıb

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunlarının vaxtı bəlli olub.

Sportaze.az xəbər verir ki, qadınların liqasında XVI turun bütün görüşləri martın 5-də təşkil olunacaq. Günün ilk matçı Gəncədə reallaşacaq. “Gəncə” “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Oyun 15:00-da start götürəcək.

Saat 17:00-da “Abşeron” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov Az Terminal”ı qəbul edəcək.

Son oyunda isə turnir cədvəlinin lideri “Azərreyl” UNEC-in qonağı olacaq. Saat 18:00-da start götürəcək qarşılaşma UNEC-in idman zalında keçiriləcək.

Kişilərin çempionatı martın 6-da başlayacaq. “Neftçi” “Murov Az Terminal”ın idman zalında MOİK-i qəbul edəcək. Görüş 17:00-da oynanılacaq.

Martın 7-si eyni saatda isə “Murov Az Terminal” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərreyl”i qəbul edəcək.


Bənzər xəbərlər

0 Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat alıb

Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat

personAdmin 27-02-24, 11:14

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə...

0 Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk oyunlarının vaxtı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin

personAdmin 10-01-24, 15:12

Kişi voleybolçular arasında Azərbaycan çempionatında 2024-cü ilin ilk oyunlarının vaxtı müəyyənləşib. Sportaze.az...

0 “Gəncə” klubunun Müşahidə Şurasının sədri Müşfiq Cəfərov yeni vəzifəyə təyin olunub

“Gəncə” klubunun Müşahidə Şurasının sədri Müşfiq Cəfərov

personAdmin 06-03-24, 12:50

“Gəncə” voleybol klubunun Müşahidə Şurasının sədri Müşfiq Cəfərov yeni vəzifəyə təyin olunub. Sportaze.az xəbər verir...

menu
menu