SPORTAZE » VOLEYBOL » Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk oyunlarının vaxtı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk oyunlarının vaxtı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında 2024-cü ilin ilk oyunlarının vaxtı müəyyənləşib.

Sportaze.az xəbər verir ki, yanvarın 11-də Yüksək Liqada VIII turun iki görüşü baş tutacaq.

İlk qarşılaşma “Murov Az Terminal”ın idman zalında təşkil olunacaq. “Neftçi” və MOİK komandaları saat 16:00-da üz-üzə gələcəklər.

Növbəti görüşdə “Murov Az Terminal”la “Azərreyl” qarşılaşacaqlar. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq oyuna saat 18:00-da start veriləcək.

Qeyd edək ki, hazırda “Xarı Bülbül" (Şuşa) 16 xalla turnir cədvəlinə başçılıq edir. “Azərreyl” 14, “Murov Az Terminal” 13 xalla lideri izləyirlər. Dördüncü pillədəki “Neftçi”nin hesabında 10 xal var. “Xarı Bülbül" (Laçın) 4 xalla beşincidir, sonuncu sırada olan MOİK hələ xal qazana bilməyib.


Bənzər xəbərlər

0 "Gəncə” klubunun prezidenti Türkiyənin Gəncə şəhərindəki Baş konsulu ilə görüşüb

"Gəncə” klubunun prezidenti Türkiyənin Gəncə

personAdmin 08-03-24, 18:33

“Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop ilə görüşüb....

0 "Gəncə" klubunun məşqçilərinə sertifikatlar təqdim olunub

"Gəncə" klubunun məşqçilərinə sertifikatlar

personAdmin 30-03-24, 12:09

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən Gəncədə təşkil olunan “Aşağı yaş qrupu məşqçilərinin inkişafı”...

0 Azərbaycan voleybol çempionatında VIII turun son oyununun vaxtı müəyyənləşib

Azərbaycan voleybol çempionatında VIII turun son oyununun

personAdmin 12-01-24, 13:46

Qadın voleybolçular arasında Azərbaycan çempionatında VIII turun son oyununun vaxtı müəyyənləşib. Sportaze.az xəbər...

menu
menu