SPORTAZE » XARİCİ XƏBƏRLƏR » George Haci Rumıniya millisində işləməkdən imtina edib

George Haci Rumıniya millisində işləməkdən imtina edib

Rumıniya futbolunun canlı əfsanəsi George Haci ölkəsinin milli komandasından gələn baş məşqçi təklifini rədd edib.

Sportaze.az xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının (RFF) rəhbəri Razvan Burleanın istəyinə müsbət cavab verməyib. O, hazırda çalışdığı “Farul” klubunda qalacağını deyib.

Məlumata görə, RFF Mirça Luçesku ilə danışıqlara başlayacaq.

Rumıniya millisini son olaraq Edvard Yordanesku çalışdırıb. O, Almaniyada keçirilmiş Avropa çempionatından sonra komandadan ayrılıb.

Qeyd edək ki, George Haci 2001-ci ildə də Rumıniya millisinin baş məşqçisi olub.


Bənzər xəbərlər

0 "Tottenhem" klubu Timo Verneri icarəyə götürməyə yaxındır

"Tottenhem" klubu Timo Verneri icarəyə götürməyə

personAdmin 06-01-24, 13:18

İngiltərənin "Tottenhem" klubu Almaniya təmsilçisi “Leyptsiq"in hücumçusu Timo Verneri mövsümün sonuna...

0 Zlatan İbrahimoviç İsveç millisinin heyətində vida matçı keçirəcək

Zlatan İbrahimoviç İsveç millisinin heyətində vida matçı

personAdmin 03-04-24, 14:27

Zlatan İbrahimoviç İsveç millisinin heyətində vida matçı keçirəcək. Sportaze.az xəbər verir ki, bu, iyunun 8-də...

0 IFFHS Avropada 2023-cü ilin rəmzi komandasını açıqlayıb

IFFHS Avropada 2023-cü ilin rəmzi komandasını açıqlayıb

personAdmin 22-01-24, 10:30

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2023-cü ilin rəmzi komandasını açıqlayıb....

menu
menu