SPORTAZE » DİGƏR » Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Vilnüs şəhərinə səfər edib

Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Vilnüs şəhərinə səfər edib

Litva Respublikası Milli İdman Agentliyinin dəvətinə əsasən, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Vilnüs şəhərinə səfər edib. 

Sportaze.az saytı Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti “NBA Basketball School” basketbol məktəbinə və Litva Böyük Hersoqlarının Sarayına ekskursiya ediblər. Ardınca Litva Körlinq Federasiyasının baş katibi ilə görüş keçirilib və basketbol idman növünün ölkəmizdə inkişafı barədə danışıqlar aparılıb.

Səfər müddətində Vilnüs şəhərində yerləşən tennis, badminton və squaç idman növləri üçün nəzərdə tutulan “SEB” Arenaya ziyarət təşkil olunub. Daha sonra İdman Agentliyinin nümayəndələri ilə görüş keçirilib. 

Görüşdə idmanın inkişafı, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

 


Bənzər xəbərlər

0 ASAPES ilə AMADA arasında əməkdaşlıq memorandumu imzalanıb

ASAPES ilə AMADA arasında əməkdaşlıq memorandumu imzalanıb

personAdmin 03-02-24, 12:22

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA)...

0 Güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin proqramı müəyyənləşib

Güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin proqramı

personAdmin 11-03-24, 14:30

Güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin proqramı müəyyənləşib. Sportaze.az Azərbaycan Güləş Federasiyasına...

0 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə üçüncü yeri tutub

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə üçüncü

personAdmin 26-02-24, 10:52

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Xorvatiyanın Osiyek şəhərində 13 yaşadək idmançılar arasında keçirilən...

menu
menu