SPORTAZE » FUTBOL » “Araz-Naxçıvan”ın ilk transferi

“Araz-Naxçıvan”ın ilk transferi

“Araz-Naxçıvan” futsal klubu cari ildə ilk transferini rəsmiləşdirib.

Sportaze.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, ölkə çempionu braziliyalı futzalçı ilə anlaşıb.

Andrezinyo ləqəbli 26 yaşlı Andre Korrea dos Santos Junior mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış edən hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.

Qeyd edək ki, Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev tərk edib. Daha doğrusu, Eriklə başa çatan müqavilənin müddəti uzadılmayıb, Bağırov və Atayev isə xarici klubdan dəvət alıb.


Bənzər xəbərlər

0 "Qarabağ" klubu 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib

"Qarabağ" klubu 11-ci Azərbaycan çempionluğunu

personAdmin 29-03-24, 21:14

"Qarabağ" futbol klubu 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib. Sportaze.az xəbər verir ki, bu, Premyer...

0 FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir keçirəcək

FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir

personAdmin 12-01-24, 10:57

FIFA “FIFA series” adlanan yeni layihəyə start verir. Sportaze.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,...

0 Musa Qurbanlının komandası İsveç çempionatına qələbə ilə başlayıb

Musa Qurbanlının komandası İsveç çempionatına qələbə ilə

personAdmin 01-04-24, 18:26

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” klubu İsveç çempionatında yeni mövsümə...

menu
menu