Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
Azərbaycan sumoçuları Yunanıstanın Lutraki şəhərində keçirilən U-21, U-23 və böyüklər arasında Avropa çempionatında 11 medal qazanıblar.
Sportaze.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, U-21 yaş kateqoriyasında Abdullah Şərif (85 kq) qızıl, Cavidan Nəhmətov (77 kq) və Fərid Əhmədov (92 kq) bürünc medala sahib olublar.
U-23 yaş kateqoriyası üzrə Abdullah Şərif (85 kq) gümüş, Xasay Yusif (115 kq və mütləq çəki) 2 bürünc medala layiq görülüb. Digər idmançılarımızdan Cavidan Nəhmətov (77 kq) və Məhəmməd Əliyev (70 kq) bürünc medal əldə edib.
Böyüklər arasında isə Çingiz Səmədov (100 kq) gümüş, Abdullah Şərif (85 kq) və Rəsul Məmmədzadə (77 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, bu nəticə ilə böyüklərdən ibarət yığma komanda hesabında üçüncü olub.
Bənzər xəbərlər
Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi
personAdmin 21-05-24, 17:42Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Sportaze.az xəbər verir ki, bu barədə Azərbaycan...
İddiaçılar Turniri: Şahmatçımız Nicat Abasov mübarizəyə
personAdmin 04-04-24, 10:08Bu gün Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinə start veriləcək. Sportaze.az xəbər verir ki,...
Nazir Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış
personAdmin 06-02-24, 10:22Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda...





