EEVZA: Azərbaycan millisi ikinci oyunda da uduzub
20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.
Sportaze.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb - 0:3 (11:25, 9:25, 20:25). Millimiz ilk matçında Estoniyaya eyni hesabla uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək.
Qeyd edək ki, yanvarın 7-dək davam edəcək yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Bənzər xəbərlər
Yüksək Liqa: “Gəncə”, “Murov Az Terminal” və “Azərreyl”dən
personAdmin 06-03-24, 10:36Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Sportaze.az xəbər verir ki, Yüksək...
Yüksək Liqa: “Gəncə”, “Abşeron” və “Azərreyl” qələbə qazanıb
personAdmin 26-03-24, 23:13Qadın voleybolçuların Yüksək Liqasında XVIII turun oyunları keçirilib. Sportaze.az xəbər verir ki, matçların ikisi...
"Gəncə" klubu heyətini amerikalı voleybolçu ilə
personAdmin 23-01-24, 15:38“Gəncə” voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Komanda ABŞ voleybolçusu Vanessa Elena Qarsia ilə...





