UEFA Avropa Liqası: "Qarabağ" - "Braqa" matçının biletləri satışa çıxarılıb
Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın biletlərinin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorları üçün biletlər 300 manata satılır. Biletləri "iticket.az"ın satış məntəqələrindən, “Qarabağ”ın "Park Bulvar"dakı fan-şopundan, Tofiq Bəhramov adına Respublika stadionu və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.
Bənzər xəbərlər
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının “play-off”
personAdmin 14-08-24, 01:18UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçigvəsində Bolqarstanın “Ludoqorets” və Azərbaycanın “Qarabağ”...
"Şamaxı" klubu növbəti transferini reallaşdırıb
personAdmin 19-01-24, 15:28Mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Şamaxı" klubu növbəti transferini reallaşdırıb. Bölgə...
Azərbaycan millisi Belarus və Rusiya yığmaları ilə üz-üzə
personAdmin 05-02-24, 14:1917 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin fevralın 14-dən 16-dək Bakıda, 17-dən 24-dək isə Belarusun...





