“Gəncə” voleybol klubu daha bir rusiyalı voleybolçu ilə anlaşıb
“Gəncə” voleybol klubu daha bir rusiyalı voleybolçu ilə anlaşıb.
Sportaze.az saytı klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Marina Tuşova ilə birillik müqavilə bağlayıb.
Son olaraq Filippinin “Capital1 Solar Spikers” komandasında çıxış edən 19 yaşadək voleybolçular arasında Avropa çempionatının qızıl mükafatçısı Fransanın “Vandoeuvre Nansi”, “İstres” və İsveçrənin “Valtra” klublarının da şərəfini qoruyub. O, öz ölkəsində “Sparta”, “Saxalin”, “Primoroçka”, “Dinamo" (Krasnodar), “Fakel” və digər komandalarda forma geyinib.
Qeyd edək ki, “Gəncə” klubu buna qədər yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova, braziliyalı Kerolayn Ferreira Perotto və bolqarıstanlı Nikol Dulevanı heyətinə qatıb.
Bənzər xəbərlər
Azərbaycanda 8 Regional Voleybol Klubu klubu yaradılıb
personAdmin 18-07-24, 15:10Azərbaycanda 8 Regional Voleybol Klubu (RVK) klubu yaradılıb. Sportaze.az xəbər verir ki, bu barədə Azərbaycan...
Azərbaycanın voleybol millisi Ukrayna və Polşa yığmaları
personAdmin 11-12-23, 23:48Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət komandası Litvanın Şaulyay şəhərində keçiriləcək Şərqi Avropa...
"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını
personAdmin 23-12-23, 16:19Qadın voleybolçulardan ibarət “Gəncə” klubu rusiyalı Anna Balberova ilə yollarını ayırıb. Sportaze.az klubun mətbuat...





