“Qarabağ”ın futbolçu Əlcəzair millisinin heyətində qol vurub
Ağdamın “Qarabağ” klubunun futbolçusu Yassin Benzia Əlcəzair millisinin heyətində növbəti oyununu keçirib.
Sportaze.az xəbər verir ki, onun komandası “FIFA series - Edition 2024” layihəsi çərçivəsində “ev”də Boliviya ilə qarşılaşıb. Görüş əlcəzairlilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
5 il sonra yığmaya dəvət alan 30 yaşlı yarımmüdafiəçi meydana ikinci hissədə daxil olub. O, 79-cu dəqiqədə komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə isə Əlcəzair qələbə qoluna imza atıb - 3:2.
Qeyd edək ki, bu, Yassin Benzianın yığmanın heyətində keçirdiyi beşinci qarşılaşma olub.
Bənzər xəbərlər
Oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Polşaya
personAdmin 09-01-24, 10:1320 yaşadək voleybolçu oğlanlardan ibarət komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında...
Azərbaycan Voleybol Federasiyasının prezidenti yeniyetmə
personAdmin 24-01-24, 11:52Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov seleksiya işləri çərçivəsində “Murov Az Terminal” klubu...
Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX
personAdmin 15-01-24, 12:57Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyun proqramı müəyyənləşib. Sportaze.az saytının...





