SPORTAZE » VOLEYBOL » Azərbaycan voleybol çempionatında VIII turun son oyununun vaxtı müəyyənləşib

Azərbaycan voleybol çempionatında VIII turun son oyununun vaxtı müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında VIII turun son oyununun vaxtı müəyyənləşib.

Sportaze.az xəbər verir ki, Yüksək Liqa çərçivəsində “Gəncə” ilə UNEC komandaları üz-üzə gələcəklər.

Gəncəlilər yanvarın 13-də hesabında xal olmayan rəqibi Tovuz Olimpiya İdman Kompleksində qəbul edəcəklər. Qarşılaşma saat 16:00-da başlayacaq.

Turun əvvəlki matçlarında “Milli Aviasiya Akademiyası” “Abşeron”a (3:0), “Murov Az Terminal” isə “Azərreyl”ə (3:2) qalib gəlib.

Qeyd edək ki, hazırda “Azərreyl” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Abşeron” 18 xalla ikinci, “Murov Az Terminal” 17 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla 5-ci pillədədirlər. Sonuncu yerdə qərarlaşan UNEC-in hesabında xal yoxdur.


Bənzər xəbərlər

0 Azərbaycan Voleybol Federasiyasının prezidenti Avropa Voleybol Konfederasiyasının rəhbəri ilə görüşüb

Azərbaycan Voleybol Federasiyasının prezidenti Avropa

personAdmin 01-03-24, 20:16

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbəri...

0 "Gəncə" VK III Milli Yaylaq Festivalında yüksək səviyyədə təmsil olunub

"Gəncə" VK III Milli Yaylaq Festivalında yüksək

personAdmin 08-07-24, 14:46

Göygöl rayonunda Xan yaylağının ərazisində yerləşən etno-qəsəbədə III Milli Yaylaq Festivalı təşkil olunub. Azərbaycan...

0 “Gəncə” klubu barbadoslu voleybolçu ilə güclənib

“Gəncə” klubu barbadoslu voleybolçu ilə güclənib

personAdmin 30-01-24, 10:05

“Gəncə” voleybol klubu barbadoslu oyunçu Tatyana Şonte Sil ilə güclənib. Sportaze.az xəbər verir ki, komanda...

menu
menu